Bakıda “Beşiktaş”lı ulduzdan soruşdular - Belə şey gözlənilir?

9 Avqust 2023 20:10 Neftçi 1 720
Bakıda “Beşiktaş”lı ulduzdan soruşdular - Belə şey gözlənilir?

"Beşiktaş"ın futbolçusu Salih Uçan Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Neftçi" ilə ilk matçından öncə mətbuat konfransında iştirak edib.

Sportinfo.az 29 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Sizi necə oyun gözləyir? Bu mövsüm Konfrans Liqasındakı məqsədlər nədən ibarətdir?

- "Tirana"ya qarşı yaxşı oynadıq. İndi "Neftçi" ilə səfərdə oynayacağıq. İstəyirik ki, yaxşı nəticə qazanaraq mərhələ adlayaq. Hədəfimiz "Beşiktaş"ın layiq olduğu yerə çatmaqdır. Qruplara qalmaq, qrupdan çıxmaq, hamısına addım-addım getmək istəyirik.

- Türkiyə klubları avrokuboklarda özlərindən kiçik klublarla qarşılaşanda yuxarıdan aşağı baxırlar və bunun fəsadlarını yaşayırlar. Bu cütdə belə şey gözlənilir?

- Biz belə baxmırıq. Hər oyun çox çətindir. Kubokda ilk matçda 0:2 uduzduq, sonradan qalib gəldik. "Konyaspor"u 2:0 udurduq, amma 2:3 hesabı ilə məğlub olduq. Futbol çox çətindir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!