Mutuya görə “Neftçi”yə gəlmək istədi, İtaliya klubundan imtina etdi

9 Avqust 2023 01:50 Neftçi 6 042
Mutuya görə “Neftçi”yə gəlmək istədi, İtaliya klubundan imtina etdi

"Qalatasaray” klubunun futbolçusu Olimpiu Morutan "Neftçi”yə keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə İtaliyanın "Tuttomercatoweb” saytı çıxış edib.

Bildirilib ki, ötən mövsümü icarə əsasında "Piza”da keçirən Rumıniya millisinin yarımmüdafiəçisi "Bari”, "Palermo”, "Sampdoriya” kimi klubların təklifinə baxmayaraq, İtaliyaya qayıtmaqdan imtina edib.

"Neftçi”nin baş məşqçisi postunda Adrian Mutunun yer alması 24 yaşlı oyunçunun qərarına təsir göstərib.

Morutanı birillik icarəyə götürmək variantını nəzərdən keçirən "Neftçi”nin hazırda "Qalatasaray” rəhbərliyi ilə danışıq apardığı vurğulanıb. Keçidin tezliklə reallaşması gözlənilir.

"Qalatasaray”la müqavilə müddəti 2026-cı ilin yayına qədər olan Olimpiu Morutanın transfer dəyəri 4,5 milyon avroya bərabər göstərilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!