“Neftçi”nin tarixində belə hal yaşanmamışdı – 9 dəqiqəyə bağlandı

8 Avqust 2023 14:00 Neftçi 4 575
“Neftçi”nin tarixində belə hal yaşanmamışdı – 9 dəqiqəyə bağlandı

“Neftçi”ylə “Beşiktaş” arasında baş tutacaq oyuna hədsiz maraq var.

Matç üçün biletlər bu gün satışa çıxarılıb və çox keçmədən sistem bağlanıb.

Buna səbəb biletlərin qısa müddətdə tükənməsidir.

Belə ki, saat 12.30-da başlayan satış 9 dəqiqədən sonra qapanıb. Azarkeşlər qısa müddətdə bütün növdə olan biletləri alıb.

“Neftçi” avrokuboklarda bu cür göstəriciyə ilk dəfə imza atır. Yəni, 9 dəqiqəyə 10 min bilet satışı tarixdə yaşanmamışdı.

Avqustun 10-da Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.

Matç “Neftçi Arena”da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!