«Neftçi» bir müddətdir danışıqlar apardığı Juan Qarro ilə əlaqələrinə son qoyub.
«Ağ-qaralar» argentinalı vingerlə müqavilə bağlamaqdan imtina edib.
Buna səbəb cənubi amerikalının maliyyə şərtərini yüksəltməsidir. Qarro bakılılardan illik 400 min avroya yaxın əməkhaqqı tələb eləyib.
Klubuna da 200-250 min avro civarında təzminat ödəmək lazım gəldiyindən, «Neftçi» bu əməliyyatdan vaz keçib.
Yeni baş məşqçi Adrian Mutu 30 yaşlı vingerin transferinı israrla istəyirdi.
2011-2018-ci illəri “Qodoy Kruz”da keçirmiş cinah oyunçusu daha sonra “Hurakan”a transfer olub.
2021-ci ildən icarə əsasında “Nevels Old Boys”un formasını geyinir.
SPORTİNFO.AZ

