SOCAR-ın milyonlar xərclədiyi kanal “Neftçi”dən xəbərsizdir - VIDEO

7 Avqust 2023 21:00 Neftçi 3 883
SOCAR-ın milyonlar xərclədiyi kanal “Neftçi”dən xəbərsizdir - VIDEO

Azərbaycan və Türkiyə arasında isti münasibətlərin nəticəsi olaraq ortaya çıxan “Haber Global” telekanalında yayımlanan verilişdə “Neftçi” - “Beşiktaş” matçı haqda danışılıb.

Azərbaycan təmsilçisi barədə ən son məlumatları çatdırmaq üçün yayıma qoşulan redaktor ölkəmizdə çempionata start verilmədiyini deyərək, “ağ-qaralar”ın hazır durumda olmadığını deyib.

Hətta Premyer Liqanın avqustun 14-də başlayacağından danışıb.

Studiyada olan idman jurnalistlərinin bunu təkzib etməməsi diqqət çəkib. Avqustun 4-də start verilən Azərbaycan çempionatı çərçivəsində “Neftçi” səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.

“Beşiktaş”la “Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək. Tərəflər arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da keçiriləcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!