“Neftçi”dən “Beşiktaş”la oyun üçün biletlərin satış vaxtı və qiyməti - SON DƏQİQƏ

7 Avqust 2023 18:00 Neftçi 6 214
“Neftçi”dən “Beşiktaş”la oyun üçün biletlərin satış vaxtı və qiyməti - SON DƏQİQƏ

Futbol ictimaiyyəti “Neftçi” – “Beşiktaş” oyununu səbrsizliklə gözləyir.

Türkiyə nəhənglərindən birinin Bakıya səfər edəcəyini eşidən futbol həvəskarları bilet satışının başlayacağı anı gözləyir.

Matçın startına 3 gün qalsa da, bu yöndə yenilik yoxdur.

Klubdan əldə etdiyimiz bilgiyə görə, yubanmanın səbəbi UEFA-dan gözlənilən qərardır.

Belə ki, “Tirana” – “Beşiktaş” qarşılaşmasından əvvəl yaşananlar futbol qurumunu türkiyəli fanatlar haqda qərar verməyə məcbur edib.

Ehtimal olunur ki, hər iki qarşılaşma “Beşiktaş” fanatlarının üzünə qapadılsın.

Belə olacağı halda “Neftçi Arena”da bütün biletlər “ağ-qaralar”ın tərəfdarlarına satılacaq. Yəni, “Beşiktaş”ı dəstəkləmək həvəsində olanların tribunasında da bizimkilər əyləşəcək.

Yox, UEFA istanbullulara görə sərt üzünü göstərməsə, o zaman qonaq sektor boş saxlanılacaq.

UEFA-nın bu gün Bakı vaxtı ilə axşam saat 9-a qədər qərar verəcəyi ehtimal olunur. Qərar çıxarılan kimi bilet satışına start veriləcək.

Ən ucuz biletin qiyməti 10 manat təşkil edəcək və yuxarıya doğru qalxacaq.

Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.

İstanbuldakı cavab qarşılaşması isə avqustun 17-də eyni saatda start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 18:10 Çək və bizə göndər!