Bu gün «Neftçi»də yeni təyinat olacağı gözlənilir.
Menecer Kamil Məmmədov paytaxt klubunda rəsmən fəaliyyətə başlayacaq.
Futbol direktoru, idman direktoru, baş menecer - tanınmış agentin bu üç vəzifədən birinə keçəcəyi ehtimal olunur.
K.Məmmədov klubun yeni rəhbərliyinə yaxın birisidir. O, 1 aydan çoxdur ki, əsas komandanın işləri ilə məşğuldur.
Bu müddətdə bir çox səlahiyyətlər qeyri-rəsmi olaraq ona tapşırılıb.
Adrian Mutunun baş məşqçi postuna gətirilməsi də adını çəkdiyimiz menecerin əməyidir. Hazırda transfer bazarına nəzarət də K.Məmmədovun əlinə keçib.
SPORTİNFO.AZ

