“İlk hədəf “Neftçi”ni məğlub etməkdir” - Şenol Günəş

7 Avqust 2023 13:40 Neftçi 836
“İlk hədəf “Neftçi”ni məğlub etməkdir” - Şenol Günəş

“İlk hədəf “Neftçi”ni məğlub etməkdir.

Bakıdakı oyundan sonra Super Liqa matçına hazırlaşacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş deyib.

71 yaşlı mütəxəssis bu həftəsonu startı veriləcək Türkiyə Super Liqasının yeni mövsümünə hazır olduqlarını bildirib.

Baş məşqçi əvvəlcə “Neftçi”yə qarşı keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsi görüşünə köklənəcəklərini söyləyib:

“Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Artıq tempi artırmaq zamanıdır.

Heç kimin əsas heyətlə bağlı zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.

“Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da baş tutacaq. İstanbul təmsilçisi Super Liqanın I turunun matçını avqustun 14-də “Fatih Karagümrük”ə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!