“Neftçi” 8 legionerlə danışıqlar aparır – SON DƏQİQƏ

7 Avqust 2023 11:00 Neftçi 4 960
“Neftçi” 8 legionerlə danışıqlar aparır – SON DƏQİQƏ

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində «Beşiktaş»a rəqib olan «Neftçi» transfer çalışmalarını sürətləndirib.

Bu barədə saytımıza paytaxt klubundan məlumat verilib.

Redaksyamıza bildirilib ki, hazırda müxtəlif mövqelər üzrə 8 legionerlə danışıqlar apaırılr.

Belə ki, baş məşqçi Adrian Mutu rəhbərlikdən minimum dörd transfer əməliyyatının aparılmasını istəyir.

Rumıniyalı çalışdırıcı sağ cinah müdafiəçisi, sağ cinah vingeri, dayaq yarımmüdafiəçisi və mərkəz hücumçusu mövqelərini gücləndirməli olduqları barədə raport hazırlayıb.

“Neftçi” bu yay Emil Balayevi “Səbail”dən geri qaytarıb. Həmçinin Filip Ozobiçlə Qara Qarayev “Qarabağ”dan heyətə cəlb olunub.

Yuri Matias, Mark Tamaş, Ervin Koffi və Andre Sinyaşiki də bu yay müqavilə bağlanan legionerlərdəndir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!