Mutu Gəncədəki şok məğlubiyyətdən sonra: “Ağlımızdan “Beşiktaş”ı udmaq keçir”

6 Avqust 2023 20:00 Neftçi 2 533
Mutu Gəncədəki şok məğlubiyyətdən sonra: “Ağlımızdan “Beşiktaş”ı udmaq keçir”

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 1-ci turunun "Kəpəz"lə oyunundan sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Komanda yorğun idi. Hələ ki, üç gündən bir oynamağa tam hazır deyilik. İlk hissdə epizodları qola çevirə bilmədik. Böyük səhv etdik və bu, penalti ilə nəticələndi. Rəqib də bizi cəzalandırdı.

- Sanki futbolçularınızın fikri "Beşiktaş"la oyundadı. Rəqibi təhlil etmisiz?

- "Beşiktaş"la matçda da ağlımızdan yalnız qələbə keçir. Gəncəyə qalibiyyət üçün gəlmişdik. Məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə olardı. Amma istənilən halda, "Kəpəz"i qələbə münasibəti ilə təbrik edirəm.

- Premyer Liqanın çempionluğa namizəd komandaları - "Qarabağ" və "Neftçi" ilk turda məğlub oldu. Demək olar ki, bu mövsüm hər iki komanda üçün çətin keçəcək?

- Bayaq dediyim kimi, üç gündən bir oynamaq çətindir. Xüsusən də bu cür isti havada. Çempionata qaldıqda, bəli, çətin olacağı gözləniləndir.

- "Qalatasaray"ın futbolçusu Olimpiu Morutanın adı "Neftçi" ilə hallanır. Bu haqda nə deyə bilərsiniz?

- Bu haqda heç nə yoxdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!