“Neftçi”yə uduzdular, “Xəzər Lənkəran”a vurduqlar qolların sayını itirdi

6 Avqust 2023 20:40 Neftçi 2 195
“Neftçi”yə uduzdular, “Xəzər Lənkəran”a vurduqlar qolların sayını itirdi

“Bundan əvvəl Azərbaycana bir dəfə gəlmişdim. Həmin vaxt böyük hesabla qalib gəlmişdik, bu dəfə məğlub olduq”.

“Neftçi” – “Jelezniçar” oyunundan sonra (2:0) qonaqların lideri Aleksandar Kosoriç ölkəmizlə bağlı təəssüratlarını Sportinfo.az-a bölüşüb.

35 yaşlı müdafiəçi 2013-cü ilin yayında Hayfa “Makkabi”sinin heyətində ölkəmizə səfər edib. Lakin Bakıya yox, Lənkərana.

İsrail təmsilçisinin heyətində qazandıqları böyük hesablı qələbəni unutmayan Kosoriç Azərbaycan haqda xoş fikirlər səsləndirib:

“Xəzər Lənkəran” ölkənizin ən imkanlı klublarından idi. Yadımdadır, əla heyətləri var idi.

Lakin biz onları burada 0:6, ya da 0:7 hesabı ilə udmuşduq (hesab 0:8 olmuşdu – H.). Bilirəm ki, bu, hər kəsdə şok effekti doğurmuşdu.

Bakını ilk dəfədir görürəm. Düzünü deyim, çox bəyəndim. Təmiz və işıqlı şəhəriniz var. Stadion və infrastruktur da xoşuma gəldi.

Azarkeşlərin yaratdığı ab-hava da möhtəşəm idi. Bu cür atmosferdə oynamaqdan həqiqətən qürur duydum. Bizim üçün çox yaxşı təcrübə oldu”.

“Jelezniçar”ın heyətində ən təcrübəli futbolçu olan Aleksandar Kosoriç karyerası ərzində “Panionios”, “Panaitolikos” (hər ikisi Yunanıstan), “Makkabi Hayfa” (İsrail), “Mexelen” (Belçika), “Akhisarspor”, “Altay” (hər ikisi Türkiyə) kimi komandaların heyətində çıxış edib, vətənində isə yalnız “Jelezniçar”da oynayıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!