COP29

Mutu “Qalatasaray”da olan həmyerlisini “Neftçi”yə gətirmək istəyir - TRANSFER GÜNDƏMİ

6 Avqust 2023 12:20 Neftçi 5 350
Mutu “Qalatasaray”da olan həmyerlisini “Neftçi”yə gətirmək istəyir  - TRANSFER GÜNDƏMİ

“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu “Qalatasaray”dan ayrılması gündəmə gələn Olimpiu Morutanın xidmətində maraqlıdır.

Bakılılar rumınuyalı yarımmüdafiəçini icarəyə götürmək istəyir.

“Ağ-qaralar” niyyətinin ciddiliyini göstərmək üçün qarşı tərəfə rəsmi təklif göndərib. Ruminiyali çalışdırıcı həmyerlisinin keçidi üçün 400 min avro ödənilməsinə razıdır.

Hücumameylli oyunçu 2021-ci ildə “Styaua”dan “Qalatasaray”a transfer olunub. 24 yaşlı vinger İstanbul nəhəngində 26 oyun keçirib və 3 qol vurub.

“Sarı-qırmızılar” rumıniyalını ötən ilin yayında “Pisa”ya icarəyə verib. O, İtaliya klubunda 35 matça çıxıb və 6 dəfə fərqlənib.

Öncəki illərdə “Universitatea Kluj” və “Botoşani”nin də şərəfini qorumuş Morutan ölkəsinin əsas yığmasına da dəvət alır.

Millidə 9 şans qazanan vinger aktivinə 1 qol yazıb. “Qalatasaray”la müqaviləsi gələn ilin yayında başa çatacaq rumın Okan Burukun planlarına daxil deyil.

“Cim-Bom”un baş məşqçisi onun adını Çempionlar Liqası üçün sifariş olunan heyətə daxil etməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti