"Neftçi"nin futbolçusu hansı problemdən əziyyət çəkir?

6 Avqust 2023 01:00 Neftçi 1 006
"Neftçi"nin futbolçusu hansı problemdən əziyyət çəkir?

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də keçirilmiş “Neftçi” – “Jelezniçar” matçında zədələnmiş Azər Əliyev müayinədən keçib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:

“Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur.

Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub.

7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub.

Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!