"Neftçi"lilər üçün MÜJDƏ: 25 yaşdan yuxarı hər kəs dəvətlidir

5 Avqust 2023 22:40 Neftçi 1 788
"Neftçi"lilər üçün MÜJDƏ: 25 yaşdan yuxarı hər kəs dəvətlidir

"Caspian Plaza"da "Neftçi Azarkeş Dərnəyi"nin təqdimat mərasimi keçirilib.

Tədbirə giriş sözü ilə başlayan Kənan Hənifəyev dərnəyin məqsədi, gələcək planları haqqında məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb.

Dərnəyin yaradılmasında məqsəd müxtəlif təbəqələrdən olan "Neftçi" azarkeşlərinin şəbəkələşməsi, tribunanln inkişafına dəstək, klubun ətrafında baş verən proseslərə mövqe bildirməkdən ibarətdir.

Dərnəyin fəaliyyəti "Neftçi" azarkeş tribunasına dəstək vermək , klubun xeyrinə olan işlərinə dəstək və düzgün olmayan proseslərdə mövqe bildirmək olacaq.

25 yaşdan yuxarı olan azarkeş segmentine işləmək, onların tribunaya qaytarılmasına çalışmaq əsas prioritet seçilib.

Dərnək azarkeş qrupu deyil , əsa işi tribunadan kənarda görülən işlər və azarkeşlərə dəstək olmaqdır .

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!