“Biz sözümüzü "Beşiktaş"la matçda deyəcəyik” - “Neftçi”nin yeni prezidenti

5 Avqust 2023 17:20 Neftçi 1 857
“Biz sözümüzü "Beşiktaş"la matçda deyəcəyik” - “Neftçi”nin yeni prezidenti

"Neftçi"nin prezidenti Fərrux Mahmudov UEFA-nın qərayı ilə Bakıda eyni gündə 3 avrokubok oyununun keçirilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, azarkeşlərin komandanı “Beşiktaş”la görüşdə tək buraxmayacaqlarına inanır:

"Bir gündə Bakıda üç avrokubok matçının keçirilməsində heç bir problem görmürük. İnanırıq ki, azarkeşlərimiz bizi dəstəkləyəcəklər.

Oyundankənar çox fikir səsləndirilir. Lakin biz sözümüzü "Beşiktaş"la matçda deyəcəyik".

F.Mahmudov "Bakcell Arena"nın adını dəyişdirilərək "Neftçi Arena" olmasını da şərh edib:

“Bəli, stadon AFFA-nın balansındadır. Assosiasiya ilə şərtlərimiz də vardı. Stadionun adı bundan sonra "Neftçi Arena" adlanacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!