Hər birinə 15 min manat - “Beşiktaş”ın qarşısına çıxmağın mükafatı

5 Avqust 2023 11:20 Neftçi 2 178
Hər birinə 15 min manat - “Beşiktaş”ın qarşısına çıxmağın mükafatı

“Neftçi” Konfrans Liqasında yeni mövsümə qələbə ilə başladı.

Adrian Mutunu baş məşqçi postuna gətirən paytaxt təmsilçisi “Jelezniçar”ı turnirin ikinci təsnifat mərhələsindən uzaqlaşdırdı.

Bosniya və Herseqovinadan dan 2:2 hesabıyla dönən “ağ-qaralar” Bakıda Kenni Sayef və Eddi İsrafilovun vurduğu qollarla 2:0 qazandı.

Növbəri mərhələdə “Beşiktaş”a rəqib olan “Neftçi”nin futbolçularına ödəyəcəyi mükafat da bəllidir.

Belə ki, şəhər təmsilçisinin yeni rəhbərliyi əsas heyət üzvlərinin hər birinə 15 min manat civarında “ənam” verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!