“Jelezniçar”ın kapitanından “Neftçi”ylə bağlı inanılmaz etiraf

4 Avqust 2023 23:40 Neftçi 3 478
“Jelezniçar”ın kapitanından “Neftçi”ylə bağlı inanılmaz etiraf

“Bizim üçün çətin oyun oldu.

Açıq demək lazımdır, “Neftçi” bizdən güclü idi və növbəti mərhələyə adlamağı haqq etdi”.

“Jelezniçar”ın kapitanı Aleksandar Kosoriç komandasının “Neftçi” ilə cavab qarşılaşması haqda Sportinfo.az-a danışarkən edib.

İyulun 27-də Sarayevodakı matçın gedişində qonaqlar son saniyələrə qədər hesabda 2:1 öndə idi. Lakin Rəhman Hacıyevin hakimin final fiti ərəfəsində vurduğu qol təmsilçimizə həyat verdi.

35 yaşlı müdafiəçinin fikrincə, mərhələni adlaya bilməməklərində həmin qolun böyük təsiri olub:

“Bakıda hesabda üstün gəlsəydik, hər şey fərqli ola bilərdi. Biz daha inamlı oynayacaqdıq, rəqib isə tələsəcək, səhvlərə yol verəcəkdi.

Hesabdakı üstünlük istər-istəməz bizə xeyir edəcəkdi.Diqqətli olub, o qolu buraxmamalıydıq.

Eybi yox, həyat davam edir. Dediyim kimi, onlar bizdən güclü idi. Bunu etiraf etmək lazımdır”.

Konfrans Liqasının ikinci təsnifat mərhələsində baş tutan “Neftçi”ylə “Jelezniçar” arasındakı ilk görüş 2:2 hesabı ilə başa çatıb.

Cavab qarşılaşmasında 2:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə yüksəlib.

Bakılılar növbəti mərhələdə “Beşiktaş”la qarşılaşacaq. İlk matç avqustun 10-da Bakıda, cavab oyunu bir həftədən sonra İstanbulda keçiriləcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!