“Neftçi” – “Jelezniçar” görüşünü izləyənlər arasında tanınmış simalara rast gəlmək mümkün idi.
Onların arasında dövlət səviyyəsində rəsmi şəxslər də var idi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf kimi.
“Neftçi”də Müşahidə Şurasının sədri olan və klubda əsas söz sahibinə çevriləndən sonra ciddi dəyişikliklərə əl atan Rövşən bəy 8-ci km stadionuna təşrif buyurmuşdu.
Bəzi məmurlardan fərqli olaraq rəsmi geyim formasında yox, ağ-qara rənglərə olan sevgisini sübut edən “Neftçi”nin futbolkasında.
Nəcəf oyunu dostları və klub rəsmiləri ilə birlikdə izlədikdən sonra ətrafındakılardan təbrikləri qəbul etdi. Və belə bir məqamda jurnalistlərin əhatəsinə düşdü.
Təbii, son dönəmlərdə klubda baş verən proseslərlə bağlı “Neftçi”nin patronuna ünvanlanacaq suallarımız vardı. Rövşən bəyə müsahibə istəyimizi bildirəndə, o, bir cümlə ilə kifayətləndi:
“Müsahibəni baş məşqçidən götürərsiz”.
Klubun bir nömrəli söz sahibinin danışmaq istəmədiyini görən icraçı baş direktor Fərrux Mahmudov məsuliyyəti üzərinə götürüb, bütün suallara cavab verəcəyini deyib, mikrofon və diktofonların önünə özü keçdi.
Konfrans Liqasının ikinci təsnifat mərhələsində baş tutan “Neftçi”ylə “Jelezniçar” arasındakı ilk görüş 2:2 hesabı ilə başa çatıb. Cavab qarşılaşmasında 2:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə yüksəlib.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

