“Beşiktaş” - “Neftçi” oyunu avstriyalılara həvalə olundu

4 Avqust 2023 23:00 Neftçi 812
“Beşiktaş” - “Neftçi” oyunu avstriyalılara həvalə olundu

“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”a qarşı keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, avqustun 17-də baş tutacaq cavab qarşılaşması Avstriyadan olan hakimlər briqadasına həvalə olunub.

İstanbulda gerçəkləşəcək matçda Yulian Veinberger ədaləti qoruyacaq. Ona Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Görüşün ehtiyat hakimi Ştefan Ebner olacaq.

“Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş isə ayın 10-da “Neftçi Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!