“Neftçi”nin yeni rəhbəri bu xəbəri yaydı – AD DƏYİŞDİRİLDİ

4 Avqust 2023 16:20 Neftçi 1 107
“Neftçi”nin yeni rəhbəri bu xəbəri yaydı – AD DƏYİŞDİRİLDİ

Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsində "Beşiktaş" ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, bu komandalar arasında Bakıda keçiriləcək oyununun məkanı bəlli olub.

Bu barədə klubun baş icraçı direktoru Fərrux Mahmudov "Facebook" səhifəsinə üzərindən məlumat yayıb.

"Azarkeşlərin istəyini nəzərə alaraq, "Neftçi" - "Beşiktaş" oyunu doğma stadionumuzda, yəni 8-ci km Arenasında keçiriləcək.

Bir vacib məlumatı da çatdırım. Bu gündən etibarən arenamızın adı nə "Bakcell Arena", nə də "8-ci km Arena" adlanacaq.

Arenamızın adı "Neftçi Arena" oldu. Yaxın zamanda bütün fasad reklamları stadionda dəyişəcək. Xeyirli uğurlu olsun!"

Bu komandalar arasında ilk oyunun yeri dəyişib. Matç avqsutun 10-da Bakıda keçiriləcək. Görüş 21:00-da start götürəcək.

Avqustun 17-də İstanbulda baş tutacaq səfər qarşılaşması isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!