“Neftçi” dəyişməyinə dəyişir, ancaq və lakin... VİDEO

4 Avqust 2023 10:40 Neftçi 1 527
“Neftçi” dəyişməyinə dəyişir, ancaq və lakin... VİDEO

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Turnirdə mübarizə aparan təmsilçilərimizdən "Neftçi" evdə Bosniya və Herseqovinadan "Jelezniçar" ilə üz-üzə gəlib.

İlk matçdan heç-heçə (2:2) ilə qayıdan "ağ-qaralar"ın cavabı 2:0 olub.

Komandamızın 3-cü təsnifat mərhələsindəki rəqibi "Beşiktaş" olacaq.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, "Neftçi"də artıq yeni mərhələ başlayıb:

"Prezidentindən futbolçusuna, texniki heyətinədək dəyişikllər hiss olunur. Adrian Mutuya ağlında olan oyun planını meydana tətbiq etmək üçün müəyyən zaman lazımdır.

Ən önəmli məqam bu dönəmi, necə deyərlər, yüngül sancılarla atlatmaqdır. Oyunçu profili olaraq Emin Mahmudov, Eddi İsrafilov, Kenni Sayef və Ataa Caber çox vacib isimlərdir.

Ancaq eyni profildə olmaları, top "Neftçi"də və rəqibdə olan zaman mövqe seçimlərində problemlər yaşanır.

Bu adların hamısı bir yerdə oynaya bilməz. Çünki bir-birilərini tamamlaya bilmirlər.

Rəqib hücuma çıxarkən itirdiyi toplardan sonra xüsusilə cinahlarda boşluqlar verirdi. Bundan komandamız yaxşı faydalandı.

Hiss olunurdu ki, məşqçilər korpusu bunun analizini ilk matçdan sonra düzgün edib.

Təbrik edirik. Qələbə və mərhələ keçmək çox önəmli idi".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti