“Neftçi”yə uduzdular, başı ağradı, mətbuat konfransına kapitanı göndərdi, etiraz qalxdı

4 Avqust 2023 00:40 Neftçi 1 008
“Neftçi”yə uduzdular, başı ağradı, mətbuat konfransına kapitanı göndərdi, etiraz qalxdı

Sportinfo.az xəbər verir ki, Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında “Neftçi”yə uduzan “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç oyunsonrası mətbuat konfrasına qatılmayıb.

Bosniya və Hersoqovina təmsilçisinin nümayəndələri bildiriblər ki, baş məşqçinin başı ağrıyır və bu səbəbdən də o, mətbuat önünə çıxmayacaq.

“Jelezniçar” nümayəndələri baş məşqçinin əvəzinə kapitan Aleksandar Kosoriçin mətbuat konfransına qatılmasını təklif etsələr də, jurnalistlər buna ehtiyac olmadığını bildiriblər.

"Neftçi" və "Jelezniçar" arasında ilk matç 2:2 hesabı ilə yekunlaşıb. Bakı təmsilçisi bu gün 2:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!