"Neftçi"nin futbolçusu Azər Əliyev zədələnib.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Konfrans Liqasının 2-ci təsnifat mərhələsidə "Jelezniçar"la Bakıdakı cavab oyununun 11-ci dəqiqəsində sıradan çıxıb.
O, oynamağa çalışsa da, bir neçə dəqiqə sonra davam edə bilməyib və 19-cu dəqiqədə Azər Salahlı ilə əvəzlənib.


