"Neftçi" iki yeni hücumçu alır – Prezident “məxfi” söhbəti etdi

4 Avqust 2023 00:10 Neftçi 5 745
"Neftçi" iki yeni hücumçu alır – Prezident “məxfi” söhbəti etdi

"Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bosniya və Herseqovinadan "Jelezniçar"ı 2:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, matçdan sonra Bakı təmsilçisinin prezidenti Fərrux Mahmudov jurnalistlərin suallarını cavablandırıb:

- Qürur duyuram. Komanda sona qədər vuruşdu. 2:0 öndə olarkən futbolçular 3-cü qolu da vurmaq istəyirdilər, təəssüf ki, alınmadı. Mənim proqnozum 3:0 idi. Əsas məsələ odur ki, qələbələrimiz davamlı olsun. Bu, yeni rəhbərliyin, yeni baş məşqçinin ilk qələbəsi idi.

- Növbəti mərhələdə "Beşiktaş" kimi güclü rəqiblə qarşılaşacaqsız. Bu, sizi qorxutmur?

- Əminəm ki, oyundan-oyuna güclənəcəyik. Yeni hücumçularımız da gəlir. Onlar növbəti matçda iştirak edə biləcəklər. İnanıram ki, komandamız daha da güclü olacaq.

- Adı mətbuata sızıb rəsmiləşməyən neçə transferiniz var?

- Rəsmiləşməyini gözləyirik. Hazırda iki nəfərlə danışıqlar aparırıq.

- Avqusto Lotita transferi nə yerdədir?

- Danışıqlar davam edir.

- İlk matçdan sonra demişdiz ki, "Jelezniçar"a meydan oxuyacağıq. Bu gün istədiyiniz performansı gördünüz?

- Görə bildik. Gördüyünüz kimi də top bizdə idi, hücum edirdik. Hücumçumuz olmaya-olmaya hücum futbolu oynadıq.

- Azarkeşlər də bu gün möhtəşəm idi. Onlar haqda nə deyə bilərsiniz?

- Onların əlləri, ayaqları var olsun. Göstərdilər ki, 12-ci oyunçumuz oradadır.

- Yeni mövsümlə bağlı azarkeşlərə nə söz verirsiniz?

- İndi demək çətindir. Sabah iki azarkeş qrupu rəhbəri ilə görüşəcəyik.

- Yeni mövsüm üçün büdcə təsdiqlənib. Ötən illə müqayisədə artırılacaq?

- Bu, məxfi informasiyadır. Açıqlamaq düzgün deyil. Hələ ki, təsdiqlənmə prosesinin içindədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!