"Neftçi" hər hissədə bir qol vurdu, məqsədinə çatdı - YENİLƏNİB

3 Avqust 2023 23:05 Neftçi 4 938
"Neftçi" hər hissədə bir qol vurdu, məqsədinə çatdı - YENİLƏNİB

“Neftçi” Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

Sportinfo.az xəbər verir ki, Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan Adrian Mutunun baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

8-ci km stadionunda gerçəkləşən cavab oyununda hesab 20-ci dəqiqədə açılıb. Kenni Sayef qapıçı ilə təkbətək epizodda fərqlənərək, “Neftçi”ni önə keçirib.

68-ci dəqiqədə Eddi İsrafilov başla fərqi 2 topa çatdırıb və qarşılaşmada son nöqtəni qoyub.

3 avqust

"Neftçi" – "Jelezniçar" 2:0
Qollar: Kenni Sayef, 19. Eddi İsrafilov, 68.
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun – 2:2
8-ci km stadionu

"Neftçi": 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev, 26. Ömər Buludov, 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
"Jelezniçar": 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k), 6. Edin Kokaliç, 23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç, 18. Edin Biber, 77. Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç.
Ehtiyat oyunçular: 1. Aydın Mulaliç, 3. Amar Muşiç, 11. Hamza Qazal, 17. Andriya Drilyo, 21. Nikola Turanyaniç, 23. Omar Beka, 26. Yosef Amoa, 30. Drazen Dubaçkiç.
Baş məşqçi: Nermin Başiç.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!