"Neftçi"nin məkanından möhtəşəm görüntülər - FOTOLAR

3 Avqust 2023 20:40 Neftçi 1 037
"Neftçi"nin məkanından möhtəşəm görüntülər - FOTOLAR

Bir neçə dəqiqədən sonra 8-ci km stadionunda "Neftçi" - "Jelezniçar" görüşü start götürəcək.

Oyunun başlamasına bir qədər qalmasına baxmayaraq, giriş qapıları önündə qələbəlik yaşanır.

Stadion ərazisində sonuncu dəfə bu cür anşlaqın nə vaxt yaşandığını yada salmaq çətindir.

Yaşı 7-dən 77-yə kişili, qadınlı hər kəs "ağ-qaralar"ın doğma arenasının yolunu tutub.

Əlində bilet növbə gözləyənlər çoxluq təşkil etsə də, bilet "ovuna" çıxanlar da var.

Bu fakt oyunun başlama saatına qədər tribunaların tam dolacağından xəbər verir.

Qarşılaşma saat 21:00-da başlayacaq.

Sarayevoda baş tutan ilk oyun 2:2 hesabı ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ+

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!