Nazirlikdən “Neftçi”nin oyununa XÜSUSİ TAPŞIRIQ

3 Avqust 2023 19:20 Neftçi 1 270
Nazirlikdən “Neftçi”nin oyununa XÜSUSİ TAPŞIRIQ

Bu gün axşam diqqətlər 8-ci km stadionunda olacaq.

Konfrans Liqasında mübarizə aparan “Neftçi” ikinci mərhələnin cavab görüşündə “Jelezniçar”ı qəbul edəcək.

Bir həftə əvvəl Sarayevodakı qarşılaşmada yaşananlar azarkeşlərin xatirindədir.

Meydan sahiblərinin centlmenlikdən kənar davranışları, azarkeşlərin “Neftçi”yə təzyiqi azərbaycanlı fanatları cavab qarşılaşmasına kökləyib.

Artıq bir neçə gündür hamı bu oyunun vacibliyindən danışır.

Matçın başlama saatında arenanın 5A sektorunda qonaq tərəfdarlar da yerini tutacaq. Bosniya və Hersoqovinadan ölkəmizə gələn 100-ə yaxın azarkeş artıq iki gündür paytaxtımızdadır.

Baş verə biləcək mümkün insidentləri nəzərə alan Daxili İşlər Nazirliyi məlum görüşlə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib. Bu dəfə nəzarət digər avrokubok oyunları ilə nisbətən daha güclü olacaq.

Əldə etdiyimiz bilgiyə görə, nazirlikdən bununla bağlı “Neftçi”yə də xüsusi tapşırıq verilib. Belə ki, ağ-qara rənglərə könül verən azad azarkeş qruplarının üzvləri matçdan əvvəl təhlükəsizliklə bağlı məlumatlandırılacaq.

Bosniyalı fanatlar isə stadiona xüsusi mühafizə altında daxil olub, arenanı eyni şəkildə tərk edəcək.

Bütün bunlar xoşagəlməz halların qarşısını almağa və Azərbaycanda insan təhlükəsizliyinə ziyan vurmamağa hesablanıb.

“Qrbaviça” stadionunda baş tutan ilk görüş 2:2 hesabı ilə başa çatıb.

Bu axşam baş tutacaq cavab qarşılaşması saat 21:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!