Macaristnali “Neftçi” üçün 6 ildən sonra Bakıya gəldi

3 Avqust 2023 18:20 Neftçi 749
Macaristnali “Neftçi” üçün 6 ildən sonra Bakıya gəldi

"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəyi oyunun təyinatı bəlli olub.

"Ağ-qaralar"ın matçını Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balaj Berkeyə həmyerliləri Balaj Buzaş və Balaj Sert laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.

39 yaşlı ədalət təmsilçisi Macarıstanın yüksək dəstəsinin oyunlarına 27 yaşından təyinat alsa da, FİFA referisi qismində 2019-cu ildən iş başındadır.

Buna baxmayaraq, baş hakim kimi avrokuboklarda idarə etdiyi oyunların sayı cəmi 5-dir.

Əsas millilərin oyunlarına baş hakim olaraq 2021-ci ildən təyinat alan Berke bu müddətdə 3 matçda fit çalıb.

Yəni, klub turnirlərində və əsas milli səviyyəsində meydanda əsas söz sahibi olduğu görüşlərin sayı 8-dir.

Balaj 2017-ci ildə Bakıya səfər edib. 21 yaşa qədər futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi İrlandiya seçməsini qəbul edəndə, bu referi dördüncü hakim funksiyasını daşıyıb.

Bizimkilər sentyabrın 5-nə təsadüf edən oyundan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

“Jelezniçar”la “Neftçi” arasında Sarayevoda keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Komandalar arasında avqustun 3-də 8-ci km stadionunda keçiriləcək cavab matçı saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!