Adrian Mutu “Neftçi”dən ehtiyatla söz açdı: “Dərk edirik ki..."

2 Avqust 2023 18:20 Neftçi 1 398
Adrian Mutu “Neftçi”dən ehtiyatla söz açdı: “Dərk edirik ki..."

“Məqsədimiz növbəti mərhələyə adlamaqdır".

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovina klubu “Jelezniçar”a qarşı Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

Səfərdə 2:2 hesablı heç-heçə etdiklərini xatırladan rumınıyalı mütəxəssis cavab görüşünün gərgin alınacağını düşünür:

“Rəqibimizin necə oynayacağını və necə əzmkar komanda olduğunu bilirik. Bizi ağır matç gözləyir, bunu dərk edirik".

Avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!