“Neftçi” argentinalı hücumçunun transferində niyə ləngiyir? - SON VƏZİYYƏT

2 Avqust 2023 11:00 Neftçi 3 497
“Neftçi” argentinalı hücumçunun transferində niyə ləngiyir? - SON VƏZİYYƏT

“Krus Asulun (Meksika) Forvardi Auqusto Lotti ilə maraqlanan Azərbaycan komandasının adı açıqlanıb.

Argentinalı insayder Sezar Luis Merlo sosial şəbəkə səhifəsində 27 yaşlı hücumçunun “Neftçi”nin transfer gündəmində olduğunu paylaşıb.

Onun sözlərinə görə, “ağ-qaralar”la yanaşı, Yunanıstandan “Volos” və Argentinadan “Taleres” da Lottini heyətə qatmaq niyyətindədir.

Lakin səbəbkarın özü Avropaya köçməyi planlaşdırdığını “Krus Asul” rəhbərliyinə bildirib. “Neftçi” onu icarəyə götürməyi nəzərdən keçirir.

Auqusto Lottinin Meksika klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.

O, rəhbərliklə görüşərək, Avropaya yollanmaq arzusunu bildirib. “Krus Asul” buna qarşı çıxmır.

Ədə etdiyimiz məlumata görə, meksikalı yönətim bakılı həmkarlarından ödəmə tələb edir.

“Neftçi”nin başbilənləri Adrian Mutunun transferində maraqlı olduğu cənubi amerikalını bura gətirməyə qərarlıdır, sadəcə, qarşı təərflə təzminat məsələsində anlamaq lazımdır.

Proses iki həftəyə yaxındır məhz buna görə yubanır. “Krus Asul” 300 min dollar qarşılığında sövdələşməyə getmək istəyir.

Premyer Liqamızın bürünc medalçısı isə göstərilən rəqəmdən 100 min dollar az xərc çəkmək fikrindədir.
SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!