"Neftçi" kimi möhtəşəm rəqibə qarşı yaxşı oynadılar, məni təəccübləndirdilər"

2 Avqust 2023 07:30 Neftçi 880
"Neftçi" kimi möhtəşəm rəqibə qarşı yaxşı oynadılar, məni təəccübləndirdilər"

Bosniya və Herseqovina millisinin sabiq yarımmüdafiəçisi Seniyad İbriçiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda yerli "Jelezniçar" və "Neftçi" arasında Sarayevoda keçirilmiş heç-heçəni (2:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, "Reprezentacija" portalına danışan veteran futbolçu "Jelezniçar"ın evdə əlverişli nəticə əldə etdiyini bildirib:

"İlk növbədə, stadiondakı ab-havanı tərifləməliyəm.

Oyuna gəlincə, “Jelezniçar”ın “Neftçi” kimi möhtəşəm rəqibə qarşı yaxşı oynaması məni təəccübləndirdi. Sonda “Jelezniçar” əlverişli nəticə əldə edə bildi”.

"Hayduk”, “Lokomotiv”(Moskva), “Qaziantepspor” klublarında oynamış bosniyalı hazırda “Domjale”nin idman direktorudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!