“Neftçi” mövsümlərarası fasilə dönəmində növbəti transferini gerçəkləşdirdi.
Braziliyalı Andre Şinyaşiki qarşıdakı 2 ildə ağ-qara formanı geyinəcək.
Transfer anonsundan sonra “Neftçi” azarkeşlərini maraqlandıran sual 26 yaşlı hücumçunun “Jelezniçar”la cavab görüşündə iştirak edib-etməyəcəyidir.
Şinyaşiki avqustun 3-də baş tutacaq oyunda meydana çıxa bilməyəcək. Buna səbəb klubun “Jelezniçar”la ilk görüşdən əvvəl Andrenin adını sifraiş ərizəsinə daxil etməməsidir.
Odur ki, yeni transfer məlum qarşılaşmanı kənardan izləyəcək.
Bakılılar mərhələ adlayacağı halda, Şinyaşiki Konfrans Liqasının üçüncü mərhələ oyunlarında iştirak edə biləcək.
Maraq üçün bildirək ki, cari avrokubok mövsümündə “Qarabağ”ın heyətində “Linkoln”a qarşı 3 dəqiqə mübarizə aparmış digər yeni transfer Qara Qarayev də təsnifat mərhələsində “ağ-qaralar”a kömək etməkdən məhrum olub.
Avqustun 3-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

