
"Neftçi" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Jelezniçar"la cavab matçı üçün hazırlıqlarını davam etdirir.
Səfər görüşündən 2:2 hesablı sərfəli nəticə ilə qayıdan bakılıların düşərgəsində yüksək ab-hava hökm sürür.
Bunu komandanın məşqlərində baş məşqçi Adrian Mutu ilə futbolçular arasında yaşanan isti münasibətdən sezmək elə də çətin deyil.
Məsələn, komandanın 8-ci km stadionunda baş tutan son məşqlərinin birində məşhur rumıniyalının kapitan Emin Mahmudov və yeni transfer Qara Qarayevlə rəftarı diqqətdən qaçmayıb.
Əlini sabiq "Qarabağ"lının boynuna qoyan, onunla səmimi söhbətləşən birvaxtların ulduz futbolçusu Mahmudovla isə ustalıq yarışına çıxıb.
Təbii ki, Muta növbəti dəfə hələ də qocalmadığını yetirmələrinə əyani göstərmiş olub.
XANOĞLAN / SPORTİNFO.AZ
Kifayət qədər xoş görüntülərə səhnə olan həmin anları sizə təqdim edirik: