Mutu bu legionerin də “Neftçi”də qalmasını istəmir

1 Avqust 2023 10:40 Neftçi 5 353
Mutu bu legionerin də “Neftçi”də qalmasını istəmir

“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu Ataa Caberdən sonra daha bir futbolçunu düşərgədən göndərmək istəyir.

Ötən ay komandanın sükanı arxasına keçən rumıniyalı mütəxəssis bu dəfə Kenni Sayefin “üzərində dayanıb”.

Geridə qalan günlərdə komandadakı futbolçuları tanımaq fürsəti əldə edən Mutu 30 yaşlı legionerdən narazılığını açıq şəkildə dilə gətirib.

O, israilli yarımmüdafiəçinin fərdi oyuna üstünlük verməsindən gileylənib.

“Çempion olmaq, avrokuboklarda qruplara vəsiqə qazanmaq istəyiriksə, bu cür legionerlərlə yola davam etməməliyik” söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!