“Neftçi”dən QALMAQALla ayrıldı, getdiyi yerdə şou göstərdi - VİDEO

2 Avqust 2023 22:20 Neftçi 5 625
“Neftçi”dən QALMAQALla ayrıldı, getdiyi yerdə şou göstərdi - VİDEO

“Neftçi”ni tərk edərək “Partizan”la müqavilə bağlayan Mateus Saldanya yeni komandasında debüt edib.

Braziliyalı hücumçu Serbiya çempionatının açılış turunda meydana çıxıb.

“Partizan” səfərdə TSC-nin qonağı olub, görüş 3:3 hesablı bərabərlikə başa çatıb.

Hesab 2:2 olanda, Saldanya 54-cü dəqiqədə Nemanya Nikoliçin əvəzinə oyuna qoşulub. Və 1 dəqiqə sonra komandasına penalti qazandırıb. Bibars Naçonun zərbəsini rəqib qapıçı zərərsizləşdirib.

Buna baxmayaraq, Saldanya adını tabloya yazdırmağı bacarıb. Sabiq “Neftçi”li 79-cu dəqiqədə künc zərbəsindən ötürülən topu tora qovuşdurub - 3:2.

Mateus oyunun sonlarına yaxın cinahdan ötürülən topu qola çevirə bilsəydi, matça damğasını vuracaqdı. “11 nömrə” topa çatmaqda çətinlik çəkib.

Əvəzində, görüşün başa çatmasına saniyələr qalmış rəqib arzuladığı qolu vurub və qarşılaşma 3:3 hesabı ilə sonuclanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!