"Səfərdə yaxşı oynadığımızı düşünürəm.
Komanda şəklində lazımınca mübarizə apardıq".
"Neftçi"nin israilli futbolçusu Kenni Sayef Sportinfo.az-a açıqlamasında komandasının "Jelezniçar"la matçını dəyərləndirib.
Konfrans Liqasının ikinci mərhələsi çərçivəsində baş tutan oyunda "Neftçi" meydanı məğlub tərk edə bilərdi.
Rəhman Hacıyevin son saniyələrdə vurduğu baxımlı qol cavab görüşü öncəsi "ağ-qaralar"a həyat verdi - 2:2.
Sayef komandasına inandığını və səfərdəki heç-heçənin yaxşı nəticə olduğunu söyləyib:
"Sevindirici məqam komamdaya yeni qoşulan futbolçuların kollektivə uyğunlaşmasıdır. Baş məşqçimiz də yeni gəlib.
Buna baxmayaraq, bizdən nə istədiyini bilirik. Zamanla hər şey indikindən də yaxşı olacaq.
Sarayevodakı 2:2 yaxşı nəticədir. Cavab matçında azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Avqustun 3-də 8-ci km stadionunda baş tutacaq "Neftçi" - "Jelezniçar" oyunu saat 21:00-da start götürəcək.
HƏBİB

