“Rəhbərliyin “Neftçi” ilə anlaşıb-anlaşmayacağına tezliklə aydınlıq gələcək”

1 Avqust 2023 17:20 Neftçi 1 617
“Rəhbərliyin “Neftçi” ilə anlaşıb-anlaşmayacağına tezliklə aydınlıq gələcək”

“Universitatya Krayova 1948”in yarımmüdafiəçisi Samuel Asamoanın “Neftçi”nin maraq dairəsində olması təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, bu barədə Rumıniya klubunun baş məşqçisi Nikolae Dika açıqlama verib.

O bildirib ki, hazırda klublar arasında danışıq gedir. Mütəxəssis Toqo millisinin üzvünün hazırda düşərgələrində olduğunu vurğulayıb:

“Asamoa hələlik bizimlə qalır, məşqlərdə 100 faiz gücünü ortaya qoyur. Onunla bağlı heç bir problem yoxdur,

fikrini oyunlarımıza cəmləyib. Buradan ayrılıb-ayrılmayacağı hələ bəlli deyil.

Rəhbərliyin “Neftçi” ilə anlaşıb-anlaşmayacağına tezliklə aydınlıq gələcək”.

29 yaşlı orta sahə oyunçusu 2021-ci ildən “Universitatya Krayova 1948”in formasını geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!