Adrian Mutu və Emin Mahmudov sorğu-sualda iştirak edəcək

1 Avqust 2023 07:40 Neftçi 998
Adrian Mutu və Emin Mahmudov sorğu-sualda iştirak edəcək

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunundan əvvəl "ağ-qaralar"In baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir avqustun 2-si saat 18:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək.

Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 19:30-da “Jelezniçar”in baş məşqçisi Nermin Başiç və futbolçu Edin Rustemoviçin iştirakı ilə mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 2-si saat 12:00-dan etibarən 8-ci km stadionunda “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək.

Hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!