Mutunun “Neftçi”də motivasiya metodu, Xavi simpatiyası - VİDEO

31 İyul 2023 20:40 Neftçi 2 051
Mutunun “Neftçi”də motivasiya metodu, Xavi simpatiyası - VİDEO

“Neftçi”nin baş məşqçisi Adrian Mutu komandasının “Jelezniçar”la oyunundan razı qalıb.

Rumıniyalı çalışdırıcı 2:2 hessabı başa çatan qarşılaşmadan sonra futbolçularını meydanın kənarında başına yığaraq onlara motivasiya dolu sözlər deyib.

Bildirib ki, Rəhman Hacıyevin qolu olmasaydı belə, apardıqları mübarizəyə görə onlardan razı qalacaq və təbrik edəcəkdi.

Mutu həmin görüntülərin videosunu “instagram” hesabında paylaşaraq, dünya futbolunun aparıcı simalarından olan, “Barselona”nın baş məşqçisi Xavidən sitat çəkib:

“Oyun zəkasını inkişaf etdirməliyik. Ağıl – bu, futbolda lazım olan ən vacib şeydir”.

Sarayevoda heç-heçə oynayan “Neftçi” avqustun 3-də 8-ci km stadionunda “Jelezniçar”ı qəbul edəcək. Oyun saat 21:00-da başlayacaq.

Rumıniyalı mütəxəssisin bosniyalılarla matçdan sonra futbolçulara motivasiya verməsini əks etdirən görüntülərlə aşağıdakı videoda tanış ola bilərsiniz:

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!