Cümə axşamı "Neftçi"nin qonağı olacaq "Jelezniçar" Bakıda dəstəksiz qalmayacaq.
Komandalar arasında Sarayevodakı ilk dueldə "Neftçi"ni təzyiq altında saxlayan bosniyalı fanatlar cavab oyununda da varlığını göstərəcək.
100-ə yaxın bosniyalı azarkeş oyun günü 8-ci km stadionunda qonaqlar üçün ayrılmış sektorda yerini tutacaq.
Artıq bu barədə "Neftçi"yə məlumat verilib.
"Qrbaviça" stadionunda keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb.
Avqustun 3-də 8-ci km stadionunda keçiriləcək cavab matçı saat 21:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

