"Jelezniçar" "Neftçi"ylə oyun üçün qeyri-adi səfər planı hazırlayıb.
Bosniya və Herseqovina təmsilçisi Bakıdakı cavab görüşündən üç gün əvvəl paytaxtımıza təşrif buyurub.
"Jelezniçar"ı gətirən təyyarə bu gün səhər saatlarında paytaxtımıza eniş edib. "Neftçi"nin rəqibinin səfərə üç gün əvvəldən yola düşməsi futbolda nadir rast gəlinən haldır.
Bosniyalılar bu gün və sabah "Türk Hava Yolları" təlim-məşq bazasında məşq edəcək. Matçdan bir gün əvvəl isə görüşün keçiriləcəyi 8-ci km stadionunda oyunöncəsi son çalışmaları yerinə yetirəcək.
Qonaqlar "Wyndahm Garden" otelində məskunlaşıb.
Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Neftçi" - "Jelezniçar" dueli avqustun 3-ü saat 21:00-da başlayacaq.
İlk görüş 2:2 hesabı ilə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ

