“Jelezniçar”ın daha bir futbolçusu “Neftçi” ilə matça çıxmayacaq

31 İyul 2023 13:40 Neftçi 984
“Jelezniçar”ın daha bir futbolçusu “Neftçi” ilə matça çıxmayacaq

“Jelezniçar”ın ()Bosniya və Herseqovina daha bir futbolçusu Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Semir Ştiliç 8-ci km qəsəbə stadionundakı qarşılaşmada iştirak edə bilməyəcək.

36 yaşlı oyunçu zədə səbəbindən ilk görüşdə olduğu kimi, cavab matçında da məşqçilər korpusunun sərəncamında olmayacaq.

Daha əvvəl müdafiəçi Amar Drinanın cəzalı olduğu üçün ikinci oyunu buraxacağı açıqlanmışdı.

Əvəzində yarımmüdafiəçi Edin Rustemoviç sıraya dönüb. Digər zədəlilər İrfan Yaşareviç və Cozef Amoanın iştirakı isə sual altındadır.

Avqustun 3-də oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Sarayevodakı ilk matçda 2:2 hesabı qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!