“Neftçi” qarşıdakı günlərdə daha 3-4 transfer edəcək.
Bu haqda klubdan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, Adrian Mutunun xidmətində maraqlı olduğu legionerlərlə danışıqlar son mərhələdədir.
Rumıniyalı baş məşqçinin istədiyi əcnəbi futbolçular birbaşa müqavilə bağlamaq üçün Azərbaycana dəvət edilib.
Paytaxt təmsilçisi bu yay 6 keçidi rəsmiləşdirib: Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffi.
SPORTİNFO.AZ

