“Neftçi” üçün yeni dövr başlayır - Rövşən Nəcəf VƏD VERDİ

31 İyul 2023 08:20 Neftçi 2 700
“Neftçi” üçün yeni dövr başlayır - Rövşən Nəcəf VƏD VERDİ

“Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf klubun yeni hədəfləri haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan futbolunun flaqmanı hesab olunan, zəngin ənənələr malik qarşıya qoyulan məqsədlərdən danışaraq, azarkeşlərin gözləntilərini doğrultmağın vacibliyini qeyd edib, onların davamlı dəstəklərinin klub üçün önəmini vurğulayıb.

Müşahidə Şurasının sədri “Neftçi”də islahatların uğurla davam etdirildiyini və klub üçün yeni dövrün başlandığını diqqətə çatdırıb.

Son vaxtlar klubun futbol meydanlarında uğursuz nəticələr əldə etdiyini təəssüflə bildirən R.Nəcəf Müşahidə Şurasının vəziyyəti ciddi təhlil edərək, qısa, orta və uzun müddətli tədbirlər paketindən ibarət islahatlar konsepsiyası hazırladığını deyib.

Rövşən Nəcəf əsas məqsədin “Neftçi”ni müasir Avropa futbol klubunun strukturuna malik komandaya çevirmək olduğunu vurğulayıb.

Artıq “Neftçi” PFK-nın yeni strukturunun formalaşdırıldığını söyləyən Müşahidə Şurasının sədri həmçinin uşaq futbolunun inkişafına xüsusi önəm veriləcəyini diqqətə çatdırıb.

O, yüksək standartlara cavab verən futbol akademiyasının yaradılması, eyni zamanda, peşəkar, səmərəli skaut sisteminin formalaşdırılması istiqamətində də zəruri işlərin görüləcəyini bildirib.

Avropa futbolunda böyük təcrübəyə malik Adrian Mutunun baş məşqçi təyin edilməsinin klubun hədəflərinə uyğun olduğunu söyləyən R.Nəcəf onunla birgə klubun qarşıya qoyulan məqsədlərə çatacağına inandığını qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!