Adrian Mutu: "Neftçi”də qarşıma çempionluq və kuboku qazanmaq hədəfi qoyulub"

31 İyul 2023 03:50 Neftçi 733
Adrian Mutu: "Neftçi”də qarşıma çempionluq və kuboku qazanmaq hədəfi qoyulub"

"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu Rusiyanın "Sport-Ekspress" nəşrinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis karyerası ilə bağlı arzusunu açıqlayıb.

Sabiq klubu "Fiorentina"nı çalışdırmaq istədiyini deyən məşqçi "Neftçi"də qarşısına qoyulan hədəflərdən də danışıb:

"Bir gün "Fiorentina' çalışdırmaq istərdim. Mən bu klubu çox sevirəm.

Hazırda isə bütün fikrimi “Neftçi”də işləməyə cəmləmişəm. Orada bütün qüvvəmlə çalışmalıyam ki, qarşıma qoyulan vəzifələri yerinə yetirim.

Hədəflər çempionluq və Azərbaycan kubokunu qazanmaqdır".

Adrian Mutu "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!