"Neftçi"nin yeni transferi haqda XƏBƏR: “1-1 gündən sonra...”

31 İyul 2023 01:00 Neftçi 2 204
"Neftçi"nin yeni transferi haqda XƏBƏR: “1-1 gündən sonra...”

"Neftçi"nin zədəli futbolçusu Ervin Koffinin son durumu məlum olub.

Sportinfo.az xəbər verir ki, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 27-də Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçirilmiş “Jelezniçar” – “Neftçi” matçında xəsarət alan müdafiəçi tibbi müayinədən keçib.

Bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:

“İlkin müayinədən sonra ciddi zədə aşkar edilmədi. Ervin Koffi bu gün fərdi məşqlərə başlayıb.

Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!