“Neftçi”dən qaçdı, dilə gəldi, səbəb göstərdi - FOTO

30 İyul 2023 23:40 Neftçi 2 646
“Neftçi”dən qaçdı, dilə gəldi, səbəb göstərdi - FOTO

“Neftçi”dən qaçan Mateus Saldanya sosial şəbəkə hesabında paylaşım edib.

Serbiya nəhəngi “Partizan”dan aldığı təklifi dəyərləndirmək üçün klubu icazəsiz tərk edən braziliyalı forvard “instagram” vasitəsilə “Neftçi” camiəsi ilə vidalaşıb:

“Yaşadığım gözəl anlara görə futbolçu yoldaşlarıma, inzibati heyətə, bir sözlə, “Neftçi”yə təşəkkür edirəm. Hər vidanın münaqişəsi olur.

Mənim prioritetim ailəm və peşəkarlığımdır. “Neftçi” azarkeşləri bilsin ki, klubun üçün mümkün olan ən yaxşısını etməyə çalışmışam. Sizə uğurlu mövsüm arzulayıram. Minnətdaram”.

"Neftçi" Mateus Saldanyanı bu ilin yanvar ayında Yaponiyadan - "Ceff Yunayted"dən icarəyə götürüb. "Sambaçı"nın Bakı klubu ilə müqaviləsi bu ilin 31 dekabrınadək qüvvədədir.

"9 nömrə"nin Azərbaycanda illik qazancı 350 min avro civarındadır. Yaponiyanın birinci liqa təmsilçisi icarə qarşılığında 200 min avrodan artıq gəlir əldə edib.

O, “ağ-qaralar”ın heyətində meydana çıxdığı 20 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!