“Bəli, mən “Neftçi”ni sevirəm, amma “Qarabağ”dakı günlərimi də unuda bilmərəm”

30 İyul 2023 19:00 Neftçi 2 478
“Bəli, mən “Neftçi”ni sevirəm, amma “Qarabağ”dakı günlərimi də unuda bilmərəm”

“Mən indiyə qədər də bu klubu sevirəm və dəstəkləyirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında gürcüstanlı sabiq futbolçu Georgi Adamiya deyib.

Vaxtilə ölkəmizdə 4 klubun – “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”in şərəfini qorumuş yarımmüdafiəçi onlar arasında seçim edib:

“Bəli, “Neftçi” mənim Azərbaycandakı ilk komandamdır və burada unudulmaz 4 il keçirmişəm. Ancaq“Qarabağ”dakı günlərimi də unuda bilmərəm.

“Qarabağ”da bombardir oldum, avrokuboklarda iştirak etdim, təcrübə qazandım. Hər ikisinin qəlbimdə xüsusi yeri var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti