İlkin Fikrətoğu - “Neftçi” rəhbərliyinin rumin sevdası

30 İyul 2023 16:05 Neftçi 5 741
İlkin Fikrətoğu - “Neftçi” rəhbərliyinin rumin sevdası

Ölkənin ən köklü, ən qədim klubu “Neftçi” bu günlərdə okeanda ləngər vuran gəmiyə bənzəyir.

Dalğalar onu atır-tutur, amma hələlik batırmır.

Bu gəminin nə kapitanı bilinir, nə matrosu. Bir futbol klubunun necə sahibi, neçə prezidenti, neçə qərarverəni olar?

Birinin də dediyi söz digər rəhbərlərin boğazındna keçmir. “Balıq, xərçənc və ördək təmsili”ndə olduğu kimi hərə onu bir tərəfə dartır.

Gözəyirdik ki, ötən illərdəki səhvlərdən nəticə çıxarılacaq , komanda yeni mövsüm daha tədbirli, daha ağıllı hazırlaşacaq. Amma nə oldu?

Baş məşqçi Regempı istefaya göndərməmiş, Sərgən Yalçınla danışıqlar başlanıldı, rumin bunu eşidincə, təbii ki. çemodanı yığdı.

Elə Sərgən Yalçın da Bakıya çemodanla gəlmişdi, amma içi boş idi. 2 milyon dolları özü , bir o qədər də köməkçi məşqçiləri ucun istəmişdi “Neftçi” rəhbərliyindən.

Üstəlik, transferlərə geniş büdcənin ayrılması tələbini qoymuşdu rəhbərlik qarşısında .

Neft pullarının qoxusuna Bakıya gələn Sərgən Yalçının bu şərtləri isə təbii ki, SOCAR-da rəhbər vəzifə tutanları qane etmədi və anlaşma baş tutmadı.

Regekampf da öz təzminatından müəyyən hissə alaraq, Rumıniyaya döndü. Necə deyərlər, it də getdi, ip də.

Zərbə isə komandaya dəydi. Rəhbərlik , konkret hansı rəhbərlik olduöunu özüm də bilmirəm, günlərlə, həftələrlə baş məşqçi axtardı.

Türk mütəxəssilərin. postsovet ölkələrindın olan məşqçilərin adları “Neftçi” ilə hallandı. Və ən sonda hərlənib-fırlanıb yenə gəib çıxdılar Rumıniyaya.

Adrian Mutu böyük oyunçu olub, əfsanəvi Georgi Hacı ilə yanaşı, Rumıniya millisinin tariixində ən çox qol vurmuş biridir.

“Yuventus”, “Fiorentina” və “Çelsi”dəki oyunu hələ də unudulmayıb. Amma baş məşqçi kimi hələ heç nəyə nail olmayıb.

Son mövsümdə çalışdırdığı “Rapid”lə 5-ci yeri tutub. Ondan əvvəl nə digər klublarda, nə Ruminiya gənclər millisində uğur qazanıb.

“Rüstəm bəy Məşədi İbadın nəyini bəyənib?” misalında olduğu kimi, bu “Neftçi” rəhbərliyinin rumin sevdası anlaşılan deyil.

Regekampf Mutudan daha uğurlu məşqçi olduğu halda, “Neftçi”də lazımsız bürünc medaldan başqa hec nəylə yadda qalmadı. Elə isə Mutudan nə gözləyək?

Ümumiyyətlə, Azərbaycan futbolundakı coxillik təcrübə göstərir ki, böhranda olan komandalar üçün rumın məşqçilər upurlu seçim deyil.

"Qəbələ”nin daim əsəbi məşqçisi Dorinel Muntyanu və elə “Neftçi”nin Regekampfı buna nümunədir.

Yalnız “Xəzər Lənkəran”a Azərbaycan Kubkunu qazandıran Mirça Redniki fərqləndirmək olar, o da burada 1 ildən artıq qalmadı.

İndi Mutu “Neftçi”ni mutlu edəcək, ya yox, bunu buraxaq zamanın öhdəsinə.

Amma “Neftçi”nin tarixini, şöhrətini ayaq altına atıb tapdalayan rəhbərlik - azarkeşlərin çoxsaylı müaciətlərini görməzdən gələnlər bilməlidir ki, bu klub onların şəxsi malı yox, on minlərlə fanatın komandasıdır.

“Neftçi”nin Sankt Peterburq meydanlarında “Zenit”. “Srvena Zvezda”nın qarşsında rəzil günə qalması adamı utandırır.

Bütün postsovet məkanı Azərbaycan futbolunu illərlə “Neftçi”yə görə tanıyıb. “Neftçi” də belə geniş auditoriya qarşısında çıxıb özünü biabır edir.

Baş məşqçi yox, heyət sınıq-salxaq – bu vəzyətdə çoxmu vacib idi gedib Piterdə biabır olmaq?

Bu komandanın ipi bir əxsin əlinə yığılmasa. idarəetmədəki hərc-mərcliyə son qoyulmasa, “Neftçi”dən gələn mövsümdə yaxşı heç nə gözləməyə dəyməz.

Bütün bunları görəndən sonra bəzən fikirləşirsən ki, deyəsən, kimlərsə məqsədli şəkildə “Neftçi”ni məhv etməyi qarşısına məqsəd qoyub.

İLKİN FİKRƏTOĞLU

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti