“Neftçi”yə gəlmək üçün öz klubu ilə DAVAYA QALXDI

30 İyul 2023 13:35 Neftçi 17 124
“Neftçi”yə gəlmək üçün öz klubu ilə DAVAYA QALXDI

"Neftçi"nin danışıqlar apardığı növbəti legionerin kimliyi bilinməkdədir.

"Ağ-qaralar" Paraqvay millisinin formasını geyinən Brayan Samudionu heyətinə qatmaq üçün çalışır.

Paytaxt təmsilçisi hazırda "Toluka"ya məxsus olan 27 yaşlı hücumçunu ya birdəfəlik, ya da icarə əsasında sıraların qatmaq niyyətindədir.

Öncələr “Quarani”, “Rizəspor” və “Serro Porteno”nun uğurları üçün tər tökmüş cənubi amerikalı karyerasını Azərbaycanda davam etdirməyə həvəslidir.

Burada yeganə əngəl “Toluka”nın mövqeyidir. Yerli klub ötən mövsümü icarə əsasında “Kerro Porteno”da keçirmiş forvardı havayı buraxmaq istəmir.

Ona görə yüksək təzminat istənilir. “Neftçi”nin bu keçidi reallaşdırması üçün yeganə əngəl də budur.

Səbəbkarın özü də danışıqların uzanmasından narahatdır və “Toluka” rəhbərliyinə etirazını bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti